Şadlıq evinin sahibinə 55 min manat pul `atdılar`


00:40     12 Oktyabr 2016 pul%20manat_12.jpg

Azərbaycanda daha bir dələduzluq hadisəsi qeydə alınıb.


Salyan rayon sakini, 1966-ci il təvəllüdlü Azər Ağayev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü il noyabrın 9-da Cavidan adlı şəxs onun etibarından sui-istifadə edərək rayonda tikdirdiyi şadlıq sarayına sənəd düzəltmək adı ilə 55 000 manat pulunu alıb, lakin indiyədək qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.(Report)

Femida.az

Açar sözlər:

Oxunub: 1282